Sabahdan Gürcüstanda bu qadağalar ləğv olunur
“27 apreldən etibarən, minik avtomobilləri üçün qüvvədə olan, hərəkət qadağası təmamilə götürülür”.
Bu barədə baş nazir, Giorgi Qaxariya açıqlama verib.
Baş nazir əlavə edib ki, avtomobillərin hərəkət icazəsindən başqa, onlayn ticarətə, topdan və pərakəndə çatdırılmağa və açıq tipli aqrar bazarların fəaliyyətinə də icazə veriləcək.
Qeyd edək ki, sabahdan etibarən taksilərdə sərbəst şəkildə öz fəaliyyətlərini davam etdirəcəklər.