Marneuli və Bolnisinin ardından, Tetricğaro rayonunda da koronavirusa yoluxma qeydə alındı
“Tetricğaro rayonunun xəstəxanasında işləyən tibb bacısında koronavirus aşkarlanıb”.
Bu barədə Kvemo-Kartli qubernatoru, Şota Rexvaişvili bildirib.
“Bu şəxs yerli xəstəxananın tibb bacısıdır, hansı ki, bir müddət öncə bir nəfər pasyent ona hərarət şikayəti ilə müraciət etmişdir, onda da yoluxma simptomları aşkarlanmışdır. Hazırda epidemoloqların qrupu gediblər və ilk növbədə tibb işçilərini yoxlayırlar. Tetricğaroda heç bir təlaşa ehtiyyac yoxdur. Ancaq, təssüflər olsun ki, burada da yoluxma mənbəyi hələlik təyin edilməyib”, – deyə Şota Rexviaşvili bildirib.