Tibbi rəhbər bu gün yoluxan 179 nəfərlə bağlı açıqlama verdi…
“Bu gün qeydə alınan 179 yeni yoluxma halının 126-sı Acara bölgəsi ilə əlaqədardır”.
Bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının Tibbi Direktoru Marina Ezuqbaia açıqlama verib.
Onun sözlərinə görə, 179 yoluxmadan 15-i isə Tbilisiyə aiddir:
“Bu gün qeydə alınan 179 koronavirus hadisəsindən 126-sı Acara bölgəsində, 16 nəfər İmeretidə, Tbilisidə 15, Sameqrelo və Zemo Svanetidə 7, Mçxeta Mtianetidə 7 nəfər, Quriyada 4, Kaxetidə isə 4 yoluxma halı aşkarlanıb,”-deyə Marina Ezuqbaia bildirib.
Onun sözlərinə görə, hal-hazırda virusla əlaqədar müalicə alan 1,488 pasyentdən 60-70 nəfərinin vəziyyəti orta ağırdır.