Nazir, hökumətin kəndlərdə fermerlər üçün nəzərdə tutduğu yeni proqramlardan danışdı – Faizsiz kreditlər verilir?
“Biz bu çətin vəziyyət zamanı, kənd təsərrüfatına yardım proqramını davam etdiririk. Anti-böhran planı əsasında da əlavə kömək komponentləri mümkün olacaq”.
24News.ge xəbər verir ki, bu sözləri, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri, Levan Davitaşvili deyib.
O qeyd edib ki, fermerlər melorasiya ödənişindən azad ediləcəklər, Hansı ki, 1 hektar sahəyə 70 lari ödəmə nəzərdə tutulurdu.
“Fermerlər üçün nəzərdə tutulmuş ikinci və çox önəmli imkan, bir illik bitikilərin yetişdirilməsi ilə əlaqədardır. Bu proqram bostan və dənli bitkiləri nəzərdə tutur.
Aqrokredit çərçivəsində isə, yeni təklif, 100 000 lariyədək kreditlərin faizini təmamilə qarşılamağı nəzərdə tutur. Faktiki olaraq, bu, fermerlərin 1 illik bitkilər yetiştirmək üçün pulsuz imkandır deyə bilərik.
Biz anti-böhran planı çərçivəsində, faiz göstəricilərini dəyişdik ki, daha çox işlər kreditlə qarşılansın və fermerlər üçün maliyyə resursları daha da əlçatan olsun”, – deyə, Levan Davitaşvili bildirib.