Rusiya ordusunun Pavloqrada dron hücumu nəticəsində 3 nəfər ölüb, 34 nəfər yaralanıb
Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində 3 nəfər ölüb, azı 34 nəfər yaralanıb.
Dalğatv APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində şəhərdə bir sıra obyektlərə ziyan dəyib. Avtomobillərdə və ticarət obyektlərində yanğınlar baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
