Tbilisidə tramvay xətti bərpa ediləcək

Gürcüstanın paytaxtı Tbilisidə tramvay nəqliyyatının yenidən bərpası istiqamətində layihənin icrasına başlanılır.

Bu barədə Tbilisi meriyası məlumat yayıb.

Məlumata görə, tramvay xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı Tbilisi Nəqliyyat Şirkəti ilə Türkiyənin “EYE” Birgə Müəssisəsi arasında müqavilə imzalanıb.

Layihənin ümumi dəyəri 287 milyon 654 min 321 lari təşkil edir. Yeni tramvay xəttinin uzunluğunun təxminən 7,5 kilometr olması nəzərdə tutulur. Marşrut boyunca 11 dayanacağın yaradılması planlaşdırılır.

Layihə başa çatdırıldıqdan sonra tramvay xətti Tbilisinin vahid ictimai nəqliyyat sisteminə inteqrasiya ediləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey