Azərbaycan və İran XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Tehranda Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib

Tehran şəhərində Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə İran XİN-in baş direktoru Moctəba Şəsti Kərimi rəhbərlik edib.

Tədbirdə hər iki ölkənin XİN rəsmiləri ilə yanaşı, ədliyyə, daxili işlər, miqrasiya və sərhəd xidmətlərinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı konsulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, vətəndaşlara hüquqi yardımın təşkili, qarşılıqlı problemlərin həlli yolları müzakirə olunub. Tərəflər aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadeh tərəfindən də qəbul edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey