Azərbaycan incəsənəti “World Art Dubai 2025” sərgisində nümayiş etdirilib

Azərbaycanlı rəssam Rövşən Nur 17–20 aprel tarixlərində Dubayda keçirilən “World Art Dubai 2025” beynəlxalq sərgisində milli incəsənətimizi təmsil edir.
“Dalğatv” “Azərtac”a istinadən xəbər verir ki, Yaxın Şərqin ən iri incəsənət tədbirlərindən sayılan bu sərgidə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Yaponiya, İtaliya, Hindistan və digər ölkələrdən minə yaxın rəssam iştirak edir.

Rövşən Nur sərgidə milli mədəniyyətimizi müasir bədii ifadə vasitələri ilə təqdim edərək, Azərbaycan sənətini poetik və dərin məzmunla nümayiş etdirir. Rəssam bildirib ki, onun əsərləri xalqın ruhunu, tarixini və mədəniyyətini əks etdirir, sənət vasitəsilə Azərbaycanı dünyaya tanıtmaqdan qürur duyur.

Rəssamın sərgidə iştirakı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib. Komitə milli incəsənətin beynəlxalq miqyasda təbliğinə önəmli töhfələr verməkdə davam edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey