Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər

Dalğatv “APA”ya istinadən xəbər verir ki, noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, eləcə də Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər.

Ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, müxtəlif növ bal və arıçılıq məhsulları ilə tanış olublar, arıçıların istehsal prosesi və məhsulların keyfiyyəti barədə məlumat alıblar.

Bu il yarmarkada 43 regiondan 280-dən çox fermer iştirak edir. IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin iştirakçıları da yarmarkada fəal təmsil olunublar. Onlar tərəfindən ümumilikdə 1128 kiloqram bal təqdim edilib.

Eyni zamanda Xocalı rayonunun “Güllü Yaylaq” arıçı kooperativi yarmarkada ilk dəfə iştirak edib. Kooperativ qadınların kənd təsərrüfatında məşğulluğunu artırmaq və ekoloji cəhətdən təmiz məhsulların istehsalını təşviq etməyi məqsəd qoyur.

Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin sentyabrında keçirilmiş “Kəlbəcər Bal Festivalı 2025”in iştirakçıları da yarmarkada məhsullarını nümayiş etdiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin çıxışlarında Kəlbəcər balına göstərilən diqqət və dəstək bu məhsulun milli brendə çevrilməsinə mühüm töhfə verir.

Ümumilikdə, yarmarkada 100 tondan çox bal və 15 növdən çox arıçılıq məhsulu satışa çıxarılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey