Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Aprelin 18-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzində həyata keçirilən və planlaşdırılan layihələrlə tanış olublar.

“Dalğatv” “AZƏRTAC”-a istinadən xəbər verir ki, dövlət başçısına və birinci xanıma “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov tərəfindən “Park Residences 2” və digər layihələr barədə məlumat verilib. Bildirilib ki, bu ərazidə 1260 mənzildən ibarət 10 bina istifadəyə verilib, müasir infrastruktur yaradılıb, geniş yaşıllaşdırma işləri aparılıb.

Kompleksin ümumi sahəsi 500 hektar təşkil edir, burada 1,5 milyon kvadratmetrdən çox yaşayış və kommersiya sahəsi inşa edilib. Rekreasiya zonaları, məktəb, xəstəxana, uşaq bağçası və digər sosial obyektlər fəaliyyət göstərir.

Layihə çərçivəsində “Caspian Dream Liner” adlı flaqman obyektin süni adada tikilməsi və 2028-ci ilədək 700 yeni binanın inşası nəzərdə tutulur. Burada dünya brendlərinə məxsus hotellər, konsert meydançası və digər turizm obyektləri yaradılacaq.

İndiyədək layihəyə 3 milyard dollar investisiya yatırılıb, yaxın beş ildə bu məbləğin 5 milyard dolları ötəcəyi gözlənilir. “Sea Breeze” hazırda 6560 nəfəri işlə təmin edir və ölkənin iri vergiödəyicilərindən biridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey