Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb

“Bavariya” “Haydenhaym” üzərində inamlı qələbə qazandı

Bundesliqanın 30-cu turu çərçivəsində “Bavariya” səfərdə “Haydenhaym” komandasına qarşı keçiridiyi oyunda 4:0 hesablı qələbə əldə edib. Münxen təmsilçisi ilk hissədə rəqib qapısına üç dəfə yol tapıb. Qolları Harri Keyn (12-ci dəqiqə), Konrad Laymer (19) və Kinqsli Koman (36) vurublar. Görüşün ikinci hissəsində Coşua Kimmix (56) hesabı tamamlayıb.

Bu nəticə ilə “Bavariya”nın xalları 72-yə yüksəlib. “Haydenhaym” isə 22 xalla turnir cədvəlinin aşağı sıralarında qərarlaşıb.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

  • “Leyptsiq” – “Holstayn Kiel” – 1:1
  • “Verder Bremen” – “Boxum” – 1:0
  • “Frayburq” – “Hoffenhaym” – 3:2
  • “Maynts” – “Volfsburq” – 2:2
  • “Union Berlin” – “Ştutqart” – 4:4

Turun son oyunları aprelin 20-də keçiriləcək. Həmin gün “Auqsburq” – “Ayntraxt Frankfurt”, “Borussiya Dortmund” – “Borussiya Münxenqladbax” və “St Pauli” – “Bayer Leverkuzen” qarşılaşmaları ilə tura yekun vurulacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey