Belçikada Türkiyə vətəndaşlarına hücum edilib, yaralılar var

Belçikada silahlı hücum nəticəsində Türkiyə vətəndaşları yaralanıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Antverpen şəhərində baş verib. Вelçika mətbuatının məlumatına görə, ata və oğul Brederod küçəsində Türkiyənin iki vətəndaşına silahlı hücum edib. Onların açdığı atəş nəticəsində 3 nəfər yaralanıb. Qeyd edilir ki, yaralılardan biri qarşıdurma tərəflərini ayırmaq istəyən şəxsdir. O da Türkiyə vətəndaşıdır.

Polis faktla bağlı iki nəfəri saxlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisəni törədənlərin bu gün məhkəmə qarşısına çıxarılacağı qeyd edilir.

Daha əvvəl bildirilib ki, Belçikadan üç azərbaycanlı deportasiya olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey