“Böyük yeddilik” ölkələri sammitinin yekun bəyanatı qəbul olunub
“Böyük yeddilik” ölkələri liderləri sammitinin yekun bəyanatı imzalanıb.
Sənəddə ilk dəfə olaraq Tayvan boğazında sülh və sabitliyə çağırış edilib.
Bununla yanaşı, G7 liderləri qarşılıqlı maraq kəsb edən qlobal məsələlər ətrafında Çinlə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Həmçinin ABŞ, Kanada, Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya dövlət və hökumət başçıları Rusiya ilə sabit və proqnozlaşdırıla bilən münasibətlərin tərəfdarı olduqlarını bəyan ediblər.
Bununla yanaşı, bəyanatda koronavirusun mənbəyinin tapılması üzrə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ikinci araşdırmanın aparılması təklifi irəli sürülüb. Sammit iştirakçıları 2022-ci ildə dünya ölkələrini 1 milyard doza vaksinlə təmin etməyi öz öhdələrinə götürüblər.