Türkiyə və ABŞ prezidentləri arasında görüş baş tutub

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başa çatıb.

Görüşdə Türkiyə-ABŞ münasibətləri, o cümlədən ikitərəfli əlaqələr müzakirə edilib.

Görüşlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey