Rusiya Kiyevə kamikadze dronlarla hücum edib: yaralananlar var

Kamikadze PUA hücumu nəticəsində Brovarı rayonunda iki nəfər yaralanıb

Rusiya Ordusunun kamikadze tipli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Ukraynanın Kiyev vilayətinin Brovarı rayonunda iki mülki şəxs – 54 yaşlı kişi və 50 yaşlı qadın – yaralanıb.

“Unian”ın  verdiyi məlumata görə, hər iki şəxs bud nahiyəsindən qəlpə xəsarətləri alıb və dərhal xəstəxanaya yerləşdirilib. Yaralılara zəruri tibbi yardım göstərildiyi bildirilir.

Hücum nəticəsində bir fərdi yaşayış evinə və bir avtomobilə maddi ziyan dəyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey