Tramp NATO sammitində Avropanı müdafiə xərclərini artırmağa çağıracaq
ABŞ Prezidenti Donald Tramp bu il Haaqada keçiriləcək NATO sammitində Avropa müttəfiqlərini müdafiə sahəsinə ayrılan xərcləri artırmağa çağırmağı planlaşdırır.
Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.
“Prezident Trampın bu il Haaqada keçiriləcək sammitdə iştirak etməsi gözlənilir və əsas mövzulardan biri yükün ədalətli bölüşdürülməsi olacaq”, – deyə Uiteker Atlantik Şurasının konfransında çıxışı zamanı bildirib.