Tbilisidə tələbələr və aksiyalarda saxlanılanların valideynləri etiraz yürüşü keçiriblər

Tbilisidə tələbələr və etiraz aksiyaları zamanı saxlanılan şəxslərin valideynləri Gürcüstan parlamenti binasının qarşısından Qəhrəmanlar Meydanına doğru yürüş ediblər.

Məlumata görə, yürüş iştirakçıları Qəhrəmanların Memorialı önündə andiçmə mərasimi keçiriblər. Andın mətnini etirazlar zamanı saxlanılan Zviad Tsetsxladzenin atası Zurab Tsetsxladze səsləndirib. O, çıxışı zamanı Gürcüstanın rifahı uğrunda aparılacaq mübarizələrdə aksiya iştirakçılarının lideri olacağını bəyan edib.

Tədbirdən sonra aksiya iştirakçıları birlik və həmrəyliyin rəmzi olaraq Pasxa bayramını birgə qeyd etmək məqsədilə Kaşveti kilsəsinə yürüş ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey