Rusiya və Ukrayna 246 hərbi əsiri mübadilə edib

 

Rusiya və Ukrayna arasında aparılan danışıqlar nəticəsində hər iki tərəf 246 hərbi əsirin qarşılıqlı mübadiləsini həyata keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, 2024-cü il aprelin 19-da aparılan danışıqlar nəticəsində Kiyevin nəzarətində olan ərazidən 246 rusiyalı hərbçi geri qaytarılıb. Əvəzində Rusiya tərəfi 246 ukraynalı hərbi əsiri Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Hazırda Rusiyaya qaytarılan hərbçilər Belarus ərazisində yerləşdirilib və onlara zəruri tibbi, psixoloji yardım göstərilir. Bununla yanaşı, hərbçilərə ailələri ilə əlaqə yaratmaq imkanı da təmin olunub.

Əsir mübadiləsinin baş tutmasında Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçilik səyləri xüsusi qeyd olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey