Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib
Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gənc pianoçularının konserti keçirilib.
”Dalğatv” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsert proqramını izləyiblər.
Tədbiri “Baku Chamber Orchestra” Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə açıb. Ardınca maraqlı və rəngarəng çıxışlar təqdim olunub. Proqramda tələbə və şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
Bakı Kamera Orkestrinin bədii rəhbəri, BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və kollektivin baş dirijoru Əməkdar artist Fuad İbrahimovun iştirakı ilə keçirilən konsert maraqla qarşılanıb.
Qeyd edək ki, “Simurq” layihəsinin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq və onları dəstəkləməkdir.