Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır

Kiyev münaqişənin nizamlanması üçün ərazi güzəştlərinə hazırdır

Ukrayna tərəfi Rusiya ilə münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə bəzi ərazilər üzrə güzəştə getməyə hazır olduğunu bildirib. Məlumata görə, tərəflər arasında aparılan danışıqlarda Ukrayna, işğal olunmuş ərazilərin hüquqi baxımdan tanınmasa da, faktiki vəziyyətin saxlanılması prinsipini qəbul etməyə razılıq verib.

Bildirilib ki, Ukrayna tərəfi atəşkəs rejiminin qurulacağı halda qüvvələrin hazırkı mövqelərdə qalması ilə bağlı təklifi müzakirə edib və bu istiqamətdə müəyyən razılıq əldə olunub.

Qeyd olunur ki, sülh prosesinə dair keçirilən beynəlxalq görüşlər çərçivəsində ABŞ tərəfindən 22 bənddən ibarət təklif paketi təqdim olunub və Kiyev bu şərtlərlə ilkin razılıq göstərib. ABŞ tərəfi, həmçinin Rusiyanın bəzi ərazi tələblərinə qismən razılıq verməyə hazır olduğunu bəyan edib.

Hazırda prosesin davam etdiyi və sülh istiqamətində danışıqların intensivləşdiyi bildirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey