UEFA Çempionlar Liqası: “İnter” – “Barselona” oyununda qalib müəyyən olunmayıb

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin daha bir matçı keçirilib.

“Dalğatv” xəbər verir ki, “İnter” İspaniyada “Barselona”nın qonağı olub.

Matçda hesab artıq 30-cu saniyədə açılıb. Qonaq komandanın hücumçusu Markus Tyuram fərqlənib. 21-ci dəqiqədə Dumfris Françesko Acerbinin ötürməsi ilə komandasının hesabdakı fərqini ikiyə çatdırıb. Üç dəqiqə sonra “Barselona”nın heyətində Lamin Yamal fərqlənib. 38-ci dəqiqədə Rafinyanın ötürməsindən Ferran Torres matçda hesabı bərabərləşdirib.

Qarşılaşmanın 64-cü dəqiqəsində Denzel Dumfrisin künc zərbəsindən sonra qonaqları hesabda önə keçirib. Ötürməni Hakan Çalxanoğlu edib. Bir dəqiqə sonra, 65-ci dəqiqədə “Barselona”nın künc zərbəsindən sonra Rafinya topu cərimə meydançasının kənarından qapıya göndərib.

Beləliklə, görüşün yekun hesabı 3:3 olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey