Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusla üz-üzə gələcək.


Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusla üz-üzə gələcək.

Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq görüşün start fiti saat 21:45-də səsləndiriləcək.

Qarşılaşmanın baş hakimi gürcüstanlı Aleko Aptsiauri olacaq. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Yoldaşlıq matçı

25 mart

21:45. Azərbaycan – Belarus

Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan).

Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).

“Bank Respublika Arena”

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haiti ilə keçirdiyi yoldaşlıq matçında məğlub olub – 0:3.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey