İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin yeni vəkili seçilib


İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) sədr vəkili vəzifəsi üçün keçirilən seçki başa çatıb. Nəticələrə əsasən, Türkiyənin müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Nuri Aslan qalib gələrək vəzifəyə təyin edilib. O, korrupsiya ittihamı ilə həbs edilən Əkrəm İmamoğlunun yerinə müvəqqəti olaraq İBB-yə rəhbərlik edəcək.

Seçki yerli vaxtla saat 13:00-da başlayıb və bələdiyyə məclisinin 314 üzvü səs verib. CHP üzvlərinin çoxluq təşkil etdiyi məclisdə namizədlər arasında Nuri Aslan üstünlük qazanıb.

Bu gün İstanbulun Beylikdüzü rayonunda da bələdiyyə sədrinin vəkili postu üçün səsvermə keçirilib və bu vəzifəyə Önder Serkan Çebi seçilib.

Xatırladaq ki, martın 23-də məhkəmənin qərarı ilə İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu, Beylikdüzü Bələdiyyə Başçısı Mehmet Murat Çalık və Şişli Bələdiyyə Başçısı Resul Emrah Şahan vəzifələrindən müvəqqəti olaraq uzaqlaşdırılıblar. İstanbul Valiliyinin qərarına əsasən, Şişli rayonunun kaymakamı müvəqqəti olaraq bələdiyyə sədrinin vəkili vəzifəsinə gətirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey