Dörd ölkə razılaşdı: Koronaya qarşı peyvənd hazırlanır
Almaniya, Fransa və Hollandiya ilə birgə İtaliya da COVİD-19-a qarşı peyvəndin hazırlanmasına dəstək verəcək.
Bunu İtaliyanın Səhiyyə naziri Roberto Speranza deyib.
O bildirib ki, artıq “Astrazeneca” firması ilə müqavilə imzalayıb.
“İtaliya şirkətləri peyvəndin istehsal mərhələsində öz töhfələrini verəcək. Peyvəndin sınaq mərhələsinin payızda yekunlaşması və il sonuna qədər də paylanması planlaşdırılır. Bu imza İtaliya və Avropa üçün umidverici bir addımdır”.
Qeyd edək ki, Almaniya Səhiyyə Nazirliyi Fransa, İtaliya, Hollandiya və Almaniyanın bütün Avropa Birliyi vətəndaşları üçün peyvənd hazırlaması məsələsində ittifaq yaratdıqlarını açıqlayıb.