Gürcüstan prezidenti Tbilisi İncəsənət Sərgisində Azərbaycan pavilyonu ilə tanış olub
Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisi İncəsənət Sərgisinə baş çəkib.
Dövlət başçısı Azərbaycan pavilyonu ilə tanış olub.
Pavilyonda 10 azərbaycanlı rəssamın 13 əsərinin yer aldığı “Qadın Olmaq” layihəsi sərgilənib.
Layihənin koordinatoru Könül Rəfiyeva Gürcüstan prezidentinə sərgilənən əsərlər barədə məlumat verib.