Gürcüstanda şəhər meri istefa verdi
Gürcüstanın Kutaisi şəhərinin meri Giorgi Çiqvaria tutduğu vəzifədən ayrılıb.
Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.
G.Çiqvaria siyasətdən getməyə qərar verdiyini bildirib: “Səlahiyyət müddətimin başa çatmamasına baxmayaraq, vəzifəmi tərk etməyə qərar verdim. Lakin mən şəhərdə qalıram və onun qayğısını çəkəcəyəm”.
Qeyd edək ki, G.Çiqvaria 2017-ci ilin noyabrında Kutaisinin meri seçilib.