Azərbaycan tərəfi Qarabağ döyüşlərində şəhid olanların sayını açıqladı

Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 783 nəfər hərbi qulluqçusu həlak olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, şəhid olanların sırasında 103 nəfər hərbi qulluqçunun kimliyi DNT analiz metodu ilə müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçu isə itkin düşmüş hesab olunur. Nazirlik hazırda onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlərin görüldüyünü bildirib.

Məlumata əsasən hazırda 1 245 nəfər hərbi qulluqçu tibb müəssisələrində müalicəsini davam etdirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey