Koronavirus xəstələri üçün ən təhlükəli dövr açıqlandı
Koronavirusa yoluxanlar üçün ən təhlükəli dövr xəstəliyin doqquzuncu – onuncu günləridir. Bu vaxt yoluxmuş insanda nəfəs darlığı və ağciyərlərdə geniş iltihab prosesinin başlaması ilə xarakterizə olunan kəskin respirator distres-sindromu inkişaf edir.
Bu barədə ukraynalı həkim Andrey Penkov deyib.
Ekspertin sözlərinə görə, bədəndə bu cür proseslər, immunitetin hiperreaksiyası ilə əlaqələndirilir.
“Xəstəxanaya yerləşdirilmə ən çox bu vaxt lazımdır”, – deyə həkim əlavə edib.
Penkovun fikrincə, xəstəliyin ikinci həftəsində qanda yeni immunoloji dəyişikliklər meydana gəlir və bütün reaktiv iltihab göstəriciləri artır. Mütəxəssis bu anda ciddi müalicənin həyati əhəmiyyət daşıdığını vurğulayıb.