Gürcüstanda ən çox hansı yaş qrupu koronavirusa yoluxur, əlamətlər nələrdir? – Hesabat açıqlandı
Gürcüstanda koronavirusa yoluxanlardan ən balacasının yaşı 2-yə bərabərdir. Ən yaşlı koronavirus xəstəsi isə 87 yaşındadır.
Bu barədə məlumat, Gürcüstanın Xəstəliklərə Milli Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin hesabatında bildirilir.
Hesabata əsasən, ölkədə koronavirusa yoluxanlar arasında 22%-lə, 15-29 yaş qrupu üstünlük təşkil edir. İkinci sırada 50-59, üçüncü sırada isə 30-39 yaş qrupu var. 70 yaşdan yuxarı olan, koronavirus xəstələri isə ümumi xəstələrin 10%-ni təşkil edirlər.
Koronavirusa yoluxanların 68%-də hərarət və soyuqdəymə hiss edilib. Paysentlərin 31%-i ümumi zəyiflikdən, 29%-i öksürəkdən şikayətlənib. Virusa yoluxanlardan 21%-də boğaz ağrısı, 16%-də isə baş ağrısı mövcud olub. Xəstələrin 12%-i diareyadan (ishal), 11%-i isə dad dəyişimindən şikayətləniblər.
Digər əlamətlər arasında: əzələ ağrıları, asimptomatik, oynaq ağrıları, qrip, sinə ağrısı və ürək yetməzli də qeydə alınıb.