Marneuli Meriyası önündə aksiya keçirildi
Marneuli Meriyası qarşısında bir qrup vətəndaş aksiya keçirib.
24News.ge xəbər verir ki, rayon sakinlərinin bir qismi ərzaq paylanılmasını, digər qismi isə heyvandarlıqla əlaqədar, Tsalka rayonunun yaylaqlarına getmələri üçün icazə istəyiblər.
Marneuli meri, Zaur Darğallı aksiya iştirakçılarını qəbul edib. Mer, bəyan edib ki, ərzaq yardımı sosyal cəhətdən aztəminatlı ailələrə verilir və bu günədək, 8 000-dək vətəndaşa ərzaq yardımı çatdırılıb. Bundan əlavə, uşaq bağçalarında qeydiyyatda olan, 2 145 uşağa Meriya tərəfindən qida çatdırılıb.
Vətəndaşların bir qisiminin mal-qarasını Tsalkadakı yaylaqlara aparmaq istəyinə gəldikdə isə, Zaur Darğallı bildirib ki, həmin şəxslərin mal-qaralarını yaylaqlara aparmaq hüquqları var. Ancaq, onlar Marneuli ərazisini tərk edəcəkləri təqdirdə, 2 həftə karantində qalmalıdırlar və bu müddət ərzində gedəcəkləri ərazilərdə heç bir şəxslə ünsiyyətdə olmamalıdırlar.
Akisya iştirakçıları ilə görüşən majoritar deputat, Tamaz Naveriani isə onlara problemlərinin həll ediləcəyinə dair söz verib.