Gəncədə zəncirvari yol qəzası olub, yaralılar var
Gəncə şəhərində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, 4 avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan birinin xəsarəti yüngül olduğu üçün hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Ağcəbədi rayon sakini, 1960-cı il təvəllüdlü Qarayev Əlihəddin İsmayıl oğlu və onun qızı 1989-cu il təvəllüdlü Lalə Qarayeva müxtəlif bədən xəstəxanaya çatdırılıb. Onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.