Tbilisi, Rustavi, Bolnisi, Dmanisi, Qardabani və digər bir neçə rayonlarda “oğru dünyası”na üzv olmaq ittihamı ilə 25 nəfər saxlanılıb

Daxili işlər nazirliyi oğru dünyasına üzv olmaq ittihamı ilə 25 nəfəri saxlayıb, 4 nəfərə qarşı rəsmi ittiham irəli sürülüb, 2 nəfər isə axtarışdadır.

Bu barədə Daxili işlər nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, əməliyyat tədbirlərini Kvemo-Kartli polis departamentinin əməkdaşları 6 ay müddətində həyata keçiriblər. Nəticədə “oğru dünyası”na üzvlük ittihamı ilə Rustavi, Tbilisi, Bolnisi, Dmanisi, Qardabani, Qori, Kareli, Xoni, Ambrolauri, Tetricğaro və Laqodexidə ümumilikdə 25 nəfər saxlanıb.

Nazirlikdən verilən açıqlamaya görə, sözügedən şəxslərin cinayət məcəlləsi ilə ittiham edilən bir çox məsələlərdə iştirak etdikləri üzə çıxıb.

İstintaq nəticəsində məlum olub ki, təqsirli bilin şəxslərin Gürcüstanın hüdudlarından kənardakı 9 “qanuni oğru” ləqəbli şəxslərlə əlaqələri olub. Həmin şəxslərin bir qismi bunlardır: Kaxa Şuşanaşvili, Namik Səlifov, Şota Asatiani, Luka Asanidze, Paata Bakradze, Davit Kurasbediani.

Faktlar əsasında cinayət məcəlləsinin 223-cü maddəsinin müvafiq bəndləri əsasında istintaq başladılıb. Təqsirləndirilən şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey