Gürcüstana daxil olan uşaqlı ailələrin nəzərinə – Yeni qayda qüvvəyə minib

Xarici ölkədən Gürcüstana gələn 10 yaşınadək uşaqlardan PCR test tələb olunmayacaq.

24News.ge xəbər verir ki, Gürcüstan hökuməti bu barədə 16 iyun tarixində qərar verib.

Qərara əsasən, vətəndaşlığından asılı olmayaraq (Gürcüstan vətəndaşları da daxil) 10 yaşadək uşaqlar Gürcüstana gəldikdə sərhəddə onlardan PCR test tələb olunmayacaq.

Bundan başqa həmin şəxslərdən ölkəyə daxil olduqdan 3 gün sonra PCR testindən keçmələri də tələb olunmayacaq.

Qeyd edək ki, sözügedən qərar ölkənin bütün sərhədlərindən, necə ki, quru, eləcə də dəniz və hava yolu ilə ölkəyə daxil olmaq istəyən 10 yaşadək hər bir uşağa şamil olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey