Gürcüstan və Azərbaycan XİN başçıları Türkiyəyə yola düşüblər

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani və Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün iyunun 18-19-da Türkiyədə səfərdə olacaqlar.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, forumun açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və XİN başçısı Mövlud Çavuşoğlu çıxış edəcəklər. Müxtəlif ölkələrdən olan liderlər, diplomatlar və elmi dairələrin nümayəndələri pandemiyanın yaratdığı çətinliklər, qlobal təhlükəsizlik mühiti və bu kontekstdə diplomatiyanın rolu barədə müzakirələr aparacaqlar.

D.Zalkaliani forum çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda paneldə iştirak edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey