Yaxın iki il ərzində Gürcüstanın Qardabani rayonunun bütün kəndlərində uşaq bağçaları tikiləcək

Yaxın iki il ərzində Gürcüstanın Qardabani rayonundakı bütün kəndlərdə uşaq bağçaları tikiləcək. Bunun üçün yeni fəaliyyət planı hazırlanıb və iş aparılır.
Bu sözləri Qardabani rayon icra başçısının müavini Dünyamalı Hacıyev AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, hazırda rayonun Qaratəhlə və Ağtəhlə kəndləri üçün 300 yerlik uşaq bağçası – körpələr evi tikilir. Bu məktəbəqədər təhsil müəssisəsinin inşasının gələn ilin aprelinə qədər başa çatdırılması nəzərdə tutulub.
“Ehtiyac duyulan digər kəndlərdə də uşaq bağçalarının tikintisi istiqamətində işlər aparılır”, – deyə D.Hacıyev vurğulayıb.
Qeyd edək ki, bu ilin aprelində rayonun Kosalı və Nəzərli kəndlərində, sentyabrda isə Birlik və Candar kəndlərində yeni uşaq bağçaları istifadəyə verilib.
Rayonun 19 inzibati ərazisində 44 kənd var.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey