Zurabişvili: “Pandemiya və regionda cərayan edən proseslər bizə çox mane oldu”
“Daha əvvəlki görüşümüzdən sonra, Qafqazda çox ağır problemlərlə üzləşdik”.
Bu sözləri prezident Salome Zurabişvili Ermənistan prezidenti Armen Sarkisyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Zurabişvili rəsmi Tbilisinin tərəflər üçün dialoq pratforması barəsində irəli sürdüyü təklifin hələ də qüvvədə olduğunu bildirib:
“Məlum olduğu kimi, sizin bu səfəriniz uzun müddət öncədən planlaşdırılmışdı. Ancaq, təəssüflər olsun ki, bu səfər bu günədək baş tutmadı. Pandemiya və regionda cərayan edən proseslər bizə çox mane oldu və bu səfərin təşkil edilməsini bacarmadıq. Bu gün sizi Orbeliani iqamətkahında qəbul etdiyimə görə çox xoşbəxtəm. Daha əvvəlki görüşümüzdən sonra, Qafqazda çox ağır problemlərlə üzləşdik. Pandemiya regionun hər üç ölkəsinin iqtisadiyyatına zərər vurdu. Biz buna görə sərhədlərimizi bağlamalı olduq. Ancaq, region və konkret ölkə üçün müharibə nəticəsində meydana gələn fəlakət daha da ağır oldu. Cənab prezident, müharibə nətiəsində həyatını itirən şəxslərin ailələrinə baş sağlığı vermək istəyirəm. Qarşıdurma vaxtı olduğu kimi, indi də Gürcüstan sülhü dəstəkləyir. Buna görə də biz tərəflər arasında görüşlərin baş tutması, dialoq və vəziyyətin yaxşılaşdırılması üçün, platforma təklif etdik. Bu təklifimiz hər zaman qüvvədədir”, – deyə Salome Zurabişbili bildirib.