Azərbaycan Prezidenti Antalyada Sudan lideri ilə görüşüb
Aprelin 11-də Prezident İlham Əliyev Antalyada Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhanla görüşüb. Görüşdə iki ölkə arasında tarixi münasibətlərə və əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub. Sudan tərəfi Azərbaycanın bölgədə və beynəlxalq arenada nüfuzlu bir dövlət olduğunu vurğulayıb, xüsusilə mədən sənayesi, energetika, infrastruktur və investisiyalar sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd edib.
Təhsil və təlim sahəsində əməkdaşlıq da müzakirə olunub. Prezident İlham Əliyev 2019-cu ildə keçirilmiş Qoşulmama Hərəkatının Zirvə görüşündə Al-Burhanın iştirakını və həmin səfər zamanı aparılan müzakirələri məmnunluqla xatırladıb. Görüş zamanı həmçinin iqtisadi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.