Qarabağda xüsusi əməliyyat – İki kənd ermənilərdən təmizləndi

Qarabağın Hadrut bölgəsindəki Köhnə Tağlar və Çaylaqqala kəndləri yaxınlığında döyüş əməliyyatları keçirilib.

Bu barədə geri dönən erməni silahlılarından birinin qardaşı jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, döyüşlər zamanı Azərbaycan ordusu çox sayda əsir götürüb:

“Təxminən 20 gün əvvəl bir qrup könüllü Qarabağın Hadrut bölgəsindəki Köhnə Tağlar və Çaylaqqala kəndləri yaxınlığındakı postlara yerləşdirilib. Azərbaycan Silahlı Qüvvələrinin srağagünkü hücumu nəticəsində 90-dan çox hərbçi mühasirəyə alınıb onlardan 30-u Rusiya sülhməramlılarına təhvil verilib”.

Erməni əsgərin qardaşı bildirib ki, döyüşlərdə bir neçə nəfər yaralanıb, lakin bəzilərinin aqibəti hələ məlum deyil:

“600-ə yaxın Azərbaycan əsgərinin erməni mövqelərinə hücum etdiyi məlum olub. Azərbaycan hərbçilərindən biri erməni əsgərlərinə yaxınlaşaraq, onları öldürmək istəmədiklərini bildirib və iki yol təklif edib: ya döyüş və öldürülmə, ya da erməni hərbçilərini rus sülhməramlılarına təhvil vermək”.

Digər bir silahlı isə Azərbaycanın Köhnə Tağlar və Çaylaqqalanı nəzarətə götürməsinin detallarını danışıb. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri onlara ərazini boşaltmaq üçün səhər saat 5:00-a qədər vaxt verib, əks halda hücum edəcəklərini bildiriblər.

Onlar ərazini boşaltmadığı üçün səhər saat 5:00 radələrində Köhnə Tağlar və Çaylaqqala kəndləri yaxınlığında döyüş başlayıb və kəndlər erməni işğalçılarından təmizlənib.

Xatırladaq ki, bu antiterror əməliyyatını Azərbaycanın DTX-sı icra edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey