ADA Universitetində Gürcüstanla elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Yanvarın 24-dən Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari Azərbaycanda səfərdədir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Giorgi Amilakhvari ADA Universitetini ziyarət edərək rektor Hafiz Paşayevlə görüşüb.
Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Elm və Təhsil Nazirliyinin və ADA Universitetinin rəhbər şəxslərinin, eləcə də Gürcüstandan olan nümayəndə heyətinin iştirak etdiyi görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması kimi məsələlər müzakirə olunub.