İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

“Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

24News.ge xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri, iki ölkə arasında müxtəlif sahələrdə strateji əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə, eləcə də regionda gedən proseslərə toxunulub.

Görüşdə regionda sülh və sabitliyin vacibliyi vurğulanıb.

Faiq Quliyev İrakli Qaribaşviliyə baş nazir olduğu müddətdə Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərinə görə təşəkkür edib.

Partiya sədri öz növbəsində Gürcüstan və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkür edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey