İvanişvili Tbilisidə tərəfdaşları ilə birgə genişmiqyaslı mitinq keçirəcək
Hakim “Gürcü Arzusu” partiyası Tbilisidə keçirilən etiraz aksiyalarına cavab olaraq aprelin 29-da parlament binası qarşısında genişmiqyaslı mitinq keçirəcək.
24News.ge xəbər verir ki, bu barədə partiyanın bəyanatında bildirilib.
Bəyanatda müxalifətin müzakirəsi davam etdirilən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimaiyyəti çaşdırdığı, hakim partiyanın “qanun layihəsinə olan ictimai dəstəyi” nümayiş etdirmək üçün mitinq təşkil edəcəyi qeyd olunub.
Bildirilib ki, aksiyada gürcü xalqının əksəriyyətinin harada dayandığı hamıya göstəriləcək. Həmçinin partiyadan bildirilib ki, siyasi cəhətdən iflasa uğrayan radikal müxalifət, zəngin “Enjeo” və qondarma Prezident hakim partiyanın və xalqın adından danışır, bu da partiyanın tərəfdarlarının, Gürcüstan əhalisinin mütləq əksəriyyətinin haqlı qıcıqlanmasına səbəb olur.
Hakimiyyətyönümlü “İmedi” telekanalının məlumatında isə bildirilib ki, “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişdili mitinqdə iştirak edəcək.