Prezident İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib

Aprelin 6-da Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri çərçivəsində qarşılanma mərasimi keçirilib.

Mixeil Kavelaşvili Azərbaycan Prezidentini qarşılayıb. Dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb, dəstənin rəisi Prezident İlham Əliyevə raport verib. Daha sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib, prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Dövlət başçısı abidənin önünə əklil qoyub.

Daha sonra Prezident İlham Əliyev və Mehriban Əliyeva Qəhrəmanlar Memorialını ziyarət ediblər. Burada Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, dövlət başçısı memorialın önünə əklil qoyub. Ardınca hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Həmin gün Tbilisidə Prezident İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü keçirilib. Görüşdən sonra Azərbaycan Prezidenti xatirə kitabına ürək sözlərini yazıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey