Tbilisidə Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd olunub

Tbilisidə 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, deputatlar, nazirlər, diplomatik korpus və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən səfir Faiq Quliyev Azərbaycanın müstəqillik tarixindən, Azərbaycan-Gürcüstan dostluq münasibətlərindən danışıb. O, həmçinin Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyətinin bərpa olunduğunu bildirib.

Parlament sədri Şalva Papuaşvili Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək iki ölkə arasında dostluq və əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
Tədbir konsert proqramı ilə davam edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey