ABŞ qanunsuz miqrantların vətənlərinə qayıtmaları üçün 1 000 dollar ödəyəcək

ABŞ administrasiyası ölkə ərazisini könüllü şəkildə tərk etməyə razı olan qanunsuz miqrantlara 1 000 ABŞ dolları məbləğində maddi təşviq ödəməyə başlayacaq.

Bu təşəbbüs ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilir. Məlumata görə, ödənişdən yararlanmaq üçün miqrantlar əvvəlcə xüsusi elektron platformada qeydiyyatdan keçməli, daha sonra ABŞ-ı tərk etməli və ölkədən çıxdıqlarını rəsmən təsdiqləməlidirlər. Bu prosedurlar tamamlandıqdan sonra onlara maddi vəsait ödəniləcək.

Bundan əlavə, könüllü deportasiya çərçivəsində ABŞ hökuməti miqrantlara sənədləşmə prosesində və aviabiletlərin təmin olunmasında maliyyə və logistika baxımından dəstək göstərəcək.

Yeni yanaşmanın, miqrantların saxlanılması və məcburi deportasiya prosedurları ilə müqayisədə, federal hökumət üçün xərcləri təxminən 70 faiz azaltması gözlənilir. Qeyd olunur ki, hazırda bir qanunsuz miqrantın saxlanması və ölkədən çıxarılması prosesi orta hesabla 17 121 ABŞ dolları təşkil edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey