İsrailin 20 təyyarəsi husilərə məxsus obyektləri bombalayıb
İsrail Hərbi Hava Qüvvələri Yəməndə husilərə məxsus bir sıra hədəflərə hava zərbələri endirib.
“Dalğatv” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, əməliyyatda ümumilikdə 20 hərbi təyyarə iştirak edib və 50-yə yaxın döyüş sursatından istifadə olunub. Zərbələr nəticəsində onlarla hədəf məhv edilib.
Eyni zamanda, “Al Masirah” telekanalı xəbər verir ki, ABŞ və İsrail Hərbi Hava Qüvvələri husilərin nəzarətində olan Hodeyda şəhərinə birgə hava hücumları həyata keçirib. Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalının məlumatına əsasən, İsrail təyyarələri Qırmızı dəniz sahilində yerləşən Hodeyda limanı və ətraf əraziləri hədəf alıb. Hodeyda vilayətinə azı 12 hava zərbəsinin endirildiyi bildirilir.