Azərbaycan səfirliyi İspaniyada mədən faciəsi ilə bağlı başsağlığı verib

Azərbaycan səfirliyi İspaniyada mədən faciəsi ilə bağlı başsağlığı verib.

“Dalğatv” xəbər verir ki, bu barədə Azərbaycanın İspaniyadakı səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.

“Asturias mədənindəki faciə ilə bağlı ölənlərin ailələri və yaxınlarına başsağlığı veririk. Yaralananların tezliklə və tam sağalmasını arzulayırıq”, – paylaşımda qeyd olunur.

Xatırladaq ki, bu gün İspaniyada baş verən partlayışda beş mədənçi ölüb, dörd nəfər yaralanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey