Gürcüstanda hüquqları pozulan müştərilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
Gürcüstanda banklar tərəfindən hüquqları pozulan müştərilərə 2023-cü ilin dekabrından etibarən 100 min lari (təxminən 37,4 min dollar) məbləğində kompensasiya ödənilib.
Bu barədə Gürcüstan Milli Bankının nümayəndəsi David Zuxbaya bildirib.
“2023-cü ilin 1 dekabrından etibarən komissiya ölkə vətəndaşlarının təxminən 30 iddiasına baxıb və onların əksəriyyəti vətəndaşların xeyrinə təmin edilib”, – D.Zuxbaya deyib.
Banklar 10 halda komissiyanın qərarından əvvəl müştərilərə ümumilikdə 57 min lari (21,1 min dollar) məbləğində vəsait geri qaytarıblar.
Ümumi iddialardan 779-u pensiya kreditlərinə, 53 şikayət isə kredit faizlərinə aid olub.