Almaniyada qadın bıçaqla insanlara hücum edib, xəsarət alanlar var

Almaniyanın Münxen şəhərində 30 yaşlı qadın bıçaqla insanlara hücum edib.

Bu barədə  Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Qeyd olunub ki, hadisə dünyanın ən böyük pivə festivalı olan Oktoberfestin keçirildiyi Terezienvize meydanına baş verib.

Qadın yoldan keçən bir neçə nəfəri bıçaqlayıb.

Qəzet vurğulayıb ki, polis onu güllələyib. Hadisədən sonra təcili əməliyyat olunan qadının həyatını xilas etmək mümkün olmayıb.

Bundan əvvəl Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey