İsrail ordusu Qəzzada daha bir qruplaşma liderini zərərsizləşdirib
İsrail ordusu Qəzza zolağında “Kətaib əl-Mücahidin” qruplaşmasının komandirinin zərərsizləşdirildiyini açıqlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti rəsmi açıqlama yayıb.
Bəyanatda bildirilir ki, İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) tərəfindən Qəzza şəhərində birgə həyata keçirilən əməliyyat nəticəsində son illər ərzində “Kətaib əl-Mücahidin” qruplaşmasına rəhbərlik etmiş Əsəd Əbu Şaraya zərərsizləşdirilib.
Əməliyyatın təfərrüatları barədə əlavə məlumat verilməyib.