Baş nazir Gürcüstanda məhdudiyyətlərin bitəcək tarixini və normal həyatın bərpa olunacaq ayı açıqladı

“Koronavirusun yayılmasına qarşı iki aylıq məhdudiyyətlərin məqsədi Gürcüstan əhalisinə fevral ayında normal bir həyat sürməyə imkan verməkdir”.

Bu sözləri Baş Nazir Giorgi Qaxaria bu gün keçirdiyi birifinqdə deyib.

Hökumət başçısı bugünkü hökumətin iclasında, infeksiya nisbətini azaltmaq üçün vətəndaşların qoyulmuş məhdudiyyətlərə riayət etmələrinin vacib olduğunu bildirib:

“Ölkədəki epidemiya vəziyyətini sabitləşdirməli olan iki aylıq bir plan açıqladıq. Tezliklə gündə 20 min test alınacaq. Bu məhdudiyyət dövründə infeksiyanın sürətli aşkarlanmasını asanlaşdıran paralel bir prosesdir. Bu addımın məqsədi iki aylıq məhdudiyyətlər planını mümkün qədər təsirli hala gətirmək, infeksiya hallarını ən qısa müddətdə müəyyənləşdirmək, fevral ayının əvvəlində normal bir həyat keçirə biləcəyimiz şəkildə işləri tamamlamalıyıq”, – deyə baş nazir bildirib.

Giorgi Qaxaria deyib ki, peyvənd planı üzərində işləmək üçün xüsusi bir qrup artıq yaradılıb:

“Peyvənd planının həyata keçirilməsi üçün artıq bir qrup yaradıldı. Peyvəndin vaxtında ölkəyə çatdırılması üçün artıq bir miqdar pul ödəmişik. Bu komissiya peyvəndin vaxtında tətbiq edilməsini və aşılamanın vaxtında başlanması üçün lazım olan texniki hazırlıq işlərini təmin etməlidir”, – deyə Qaxaria bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey